O deyib ki, saxlanılanlar icra başçısının birinci müavini Dibirov Turan Eldar oğlu, Rüstəmova Nəzakət Carullah qızı, Nuriyeva Mehparə Zahid qızı və şəhərin baş memarı Rəcəbov Tahir Əlipaşa oğludur.
Qeyd edək ki, oktyabrın 30-da DTX Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Nəticədə icra başçısı İslam Vahid oğlu Rzayev saxlanılıb. Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İ.Rzayev icra başçısı vəzifəsində azad olunub.


























