image-1backend

İkitərəfli əməkdaşlığın, dostluğun və etimadın  göstəricisi

image-reklam_sirab_01

Bu gün dünyanın əksər dövlətləri ölkəmizlə hər bir sahədə, siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıqlar yaratmağa maraqlıdırlar. Bunun əsas səbəblərindən biri Azərbaycanın Qarabağdakı qələbədən sonra dünyada güclü dövlətlərdən birinə çevrilməsidir. Məhz bunun nəticəsidir ki, ölkəmizin bu gün dünyanın ən inkişaf etmiş ölkələri ilə diplomatik əlaqələri yüksək səviyyədədir. Demək olar ki, hətta ən güclü dövlətlər Azərbaycanla hesablaşır. Azərbaycan hər zaman hər bir dövlətlə sıx əməkdaşlıq, dostluq münasibətləri yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin İraq Prezideti Əbdüllətif Camal Rəşidi Azərbaycana səfərə dəvət etməsi dostluq, əməkdaşlıq münasibətlərimizin göstəricisidir. Bu görüş dostluq münasibətlərimizin daha da güclənməsinə və inkişafına töhfə verəcəkdir. Bu İraq Prezidentinin Azərbaycana ilk səfəridir, bunu tarixi səfər olaraq qeyd etmək daha doğru olardı. Çünki hər iki ölkə arasında tariximiz boyunca hər bir sahədə atılacaq addımlar, dostluq, tərəfdaşlıq münasibətlərində yeni və uğurlu səhifələrdən biri olacaq.

Azərbaycan və İraq dövləti arasında hər zaman birlik, həmrəylik, dostluq münasibətləri olmuşdur. Eyni zamanda hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü tanıyır və hər zaman müdafiə edir. Bunun əyani sübutu olaraq hər iki ölkənin də qoşulduğu BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq təşkilatında  bir-birlərinə verdikləri dəstəkdir.

İraq prezidentinin səfəri zamanı hər iki dövlətin Prezidentlərinin təkbətək və geniştərkibli görüşləri olmuş və mətbuata bəyanatlarla çıxış etmişdilər. Bu görüş zamanı müxtəlif əməkdaşlıq münasibətləri, gələcək perspektivləri barədə müzakirələr edilmiş və inkişafı üçün istiqamətlər, qərarlar qəbul edlmişdir. Ölkələrin hər zaman beynəlxalq müstəvidə bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini müdafiə edəcəkləri, dəstəkləyəcəkləri bəyan edilmişdir.

Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxışı zamanı Ermənistanla olan münasibətləri, Qrabağ müharibəsinin həqiqətlərini, Ermənistanın 30 ildə yürütdüyü işğal siyasəti barəsində İraq Prezidentini məlumatlandırmışdı. Beynəlxalq səviyyədə tanınan ərazilərimizin 20 faizi 90-cı illərdə Ermənistan tərəfindən işğal olunduğunu, qəbul edilmiş qətnamələrə, sənədlərə baxmayaraq Ermənistan torpaqlarımızı azad etməkdən boyun qaçırmışdı. Və Azərbaycan öz haqq mübarizəsini, ədaləti özü bərqərar etdi. İşğalçıları torpaqlarımızdan qovdu. Ermənilərin qeyri-qanuni yaratdıqları qondarma “ dağlıq qarabağ respubliksası” ləğv edildi.

Azərbaycan, Rusiya, Ermənistan arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdakı müddəalara Ermənistan rəhbərliyi yenə əməl etmədi. Ermənistana edilmiş çağırışlara, xəbərdarlıqlara baxmayaraq, Qarabağda qalan separatçılar ərazimizdən çıxarılmadı, əksinə dövlətimizə qarşı təxribatlar törətməyə davam etdilər. Bunun nəticəsində ordumuz 24 saatlıq antiterror əməliyyatı keçirməli oldu. Uğurlu əməliyyat nəticəsində separatçılar ərazimizdən tamamilə qovuldu, mülki əhaliyə və infrastruktura ziyan dəymədi. Bu gün Azərbaycan Bayrağı ərazimizin hər yerində dalğalanır, ordumuzun qüdrəti nəticəsində suverenliyimiz bərpa olundu. Hazırda azad olunmuş ərazilərimizdə böyük bərpa-quruculuq işləri görülür.

Bütün bunları İraq Prezidentinin diqqətinə çatdıran Prezident İlham Əliyev eyni zamanda dəfələrlə Ermənistana sülh çağırışları edildiyini də qeyd etdi. Lakin Ermənistan bugün regionumuzdan uzaqda yerləşən bəzi  qərb dövlətlərin, Fransanın marionetinə çevrildiyini bunun da region ölkələr arasında ciddi təhlükə yaratdığını, ölkələr arasında sülhə deyil müharibəyə təşviq olduğunu qeyd edən Prezident İlham Əliyev eləcə də hər iki ölkənin ərazi bütövlüyünün tanınması çərçivəsində sülhə hələ də hazır olduğumuzla bağlı İraq Prezidenti Əbdüllətif Camal Rəşidi məlumatlandırdı.

Bu gün İraq və Azərbaycan dövlətləri arasında  30 mart 1992-ci ildə qurulmuş diplomatik münasibətlər ən yüksək inkişaf mərhələsindədir.İraq Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığımızın qarşılığlı inkişafı olaraq turizm, sosial, siyasi sahələrdə dövlətlərarası memorandum və sazişlər imzalanmışdı. Bu da ikitərəfli əməkdaşlığın, dostluğun və etimadın  göstəricisidir.

 Gülər Baxışova

 pedaqogika üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki