Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislər mükafatlandırılıb.
Vətəninfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla mükafatlandırılma üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon 900 min manat vəsait ayrılıb.
Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 gün müddətində hazırlayıb təsdiq etməli, ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.
Maliyyə Nazirliyi isə göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
xxx
Prezident İlham Əliyev Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Vətəninfo.az xəbər verir ki, Sərəncama əsasən, nazirliyin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Abiddin Qabil oğlu Hüseynov – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Toğrul Aydın oğlu Hüseynov – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.


























