Prezident İlham Əliyev Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri ilə bağlı sərəncam imzalayıb.
Vətəninfo.az xəbər verir ki, sərəncama əsasən, ümumilikdə 21 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri məqsədilə 1,5 milyon manat ilkin maliyyə vəsaiti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi ayrılan vəsaitin maliyyələşməsini təmin edəcək. Eyni zamanda, İqtisadiyyat Nazirliyi yolun təmirinin davam etdirilməsi üçün zəruri maliyyə vəsaitini 2026-cı il dövlət büdcəsi layihəsində nəzərdə tutacaq.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.