Vətəninfo.az xəbər verir ki, Instagram sosial şəbəkəsi, bloqqerlər və yaradıcılıq sahəsində fərqlənən müəlliflər üçün yeni bir mükafat təqdim edəcəyini açıqlayıb. “Üzüklər” adlanan bu mükafat, İnstaqramın “Oskarı” olaraq tanınacaq və cəsarətli və innovativ məzmun yaradan şəxslərə veriləcək. Mükafat, platformada yeni üfüqlər açan, yaradıcı və orijinal işlərə imza atan bloqqerləri təltif etməyi hədəfləyir.
“Hollywood Reporter”in verdiyi məlumata görə, ənənəvi mükafatlandırma sistemlərindən fərqli olaraq, bu mükafat daha çox yaradıcı yanaşmaları və məzmunun innovasiyasını əsas götürəcək. Mükafatlandırma kriteriyaları arasında, müəyyən məzmunun yaratması və ya müəyyən sayda abunəçi toplaması kimi amillər yer alacaq.
Üzüklər mükafatı üçün beynəlxalq münsiflər heyəti yaradılıb. Bu heyət incəsənət, moda və mədəniyyət sahələrini təmsil edən dünya şöhrətli simalardan ibarət olacaq. Namizədlər arasında dünyanın müxtəlif ölkələrindən olan 25 müəllif yer alacaq.
Birinci mükafatın qaliblərinin adları oktyabrın 10-da açıqlanacaq.