Qısa zamanda ölkəmiz böyük bir inkişaf yolu keçmişdir. Bu gün də Azərbaycan Dünyada qlobal təşəbbüslərdə rolu olan ölkələr sırasındadır. Bunun əsas səbəbi uzaqgörən siyasət, düşünülmüş addımlar, günü-gündən inkişaf edən iqtisadiyyat və təməli möhkəm olan dövlətçilik ənənələrinin ölkəmizdə sabitqədəm olmasıdır.
Tarixən ölkəmizin coğrafi-strateji ərazidə yerləşməsi onun Ticarət üçün əhəmiyyəti olan Böyük ipək yolunun ərazimizdən keçməsinə səbəb olmuşdur. Buda Iqtisadiyyatın inkişafına təsir göstərmişdir. Bugünkü günümüzdə də Azərbaycan Şərq-qərb, Şimal-cənub, şimal-qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir.
Ölkəmizdə nəqliyyat sahəsinin inkişafında Xəzər dənizinin də rolu böyükdür. Xəzərdə Bakı Beynəlxalq Ticarət limanı istifadəyə verilib. Onun yük daşıma qabiliyyəti 15 milyon tona bərabərdir. Lazım olarsa, bu həcm 25 milyon tona qədər artırıla bilər.
Azərbaycan öz inkişafi ilə birgə təbiətin mühafizəsini də diqqət mərkəzində saxlayır. Məlum məsələdir ki artan tələbatları nəzərə alaraq bir çox ölkələr bərpa olunan enerji istehsalına yönəlib. Ölkəmiz bu sarıdanda coğrafi strateji ərazisinə görə bu sərvətlər baxımından digər ölkələrdən geri qalmır.
Ölkəmiz Günəş, külək, hidro, geotermal enerji mənbələri ilə zəngindir. Hazırda ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faizdir. 2030-cu ilə qədərsə bu rəqəm 30 faizə çatdırılmalıdır. Növbəti üç il ərzində üç külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Bu stansiyaların ümumi gücü 700 meqavat təşkil edəcək.
Neftin tükənən təbii sərvət olması əlbəttə iqtisadi gəlirlərinin əksəriyyətinin neft sahəsindən gələn gəlirlər təşkil edən ölkələr üçün mənfi haldır. Bu görə də ölkəmizdə öz növbətində qeyri neft sahəsinin inkişafına diqqət ayırır. Carı ilin 8 ayı ərzində Azərbaycan qeyri-neft sənayesi 18,4 faiz artmışdır.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur Yaşıl Enerji Zonası da əhəmiyyətlidir. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var. Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilib. Bu gün Azərbaycan dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının gələcək zamanlar üçün halı qənaətbəxşdir. Bütün ölkələr iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir. Bu isə ölkəmiz üçün böyük uğurdur.
Nəsimi rayon gənci;
Əliyeva Rəfiqəxanım.