image-1backend

“Murovdağ” Magellan boğazını keçən ilk yük gəmimiz oldu

image-reklam_sirab_01

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Murovdağ” Handysize yük gəmisi Azərbaycandan Magellan boğazını keçən ilk yük gəmisi olub.

Bu hadisə Azərbaycan naviqasiyası tarixində yeni səhifə açdı.

Göyərtəsində 33 min ton kalium nitrat olan Tocopilla (Çili) limanından yola düşən gəmi Latın Amerikasının cənub sahilləri ilə hərəkət edərək ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazını keçib. Gəmi hazırda Atlantik okeanına doğru gedir və orada onu Kadiz (İspaniya) limanında boşaltması planlaşdırılır.

“Murovdağ” ASCO-nun beynəlxalq sularda fəaliyyət göstərdiyi məhdudiyyətsiz naviqasiya zonasına malik ikinci Handysize gəmisidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image