image-img_8864backend

SOCAR Tatarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

image-reklam_sirab_01

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Tatarıstan şirkətləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Veteninfo.az-a SOCAR-dan verilən məlumata görə, SOCAR prezidenti Rövşən Nəcəf ilə Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko arasında keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər SOCAR ilə “Tatneft” PJSC arasında uğurlu qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə edərək, birgə layihələrin əhəmiyyətini vurğulayıblar.

Bundan əlavə, görüşdə Tatarıstan nümayəndə heyətinin tərkibinə daxil olan şirkətlərin fəaliyyəti haqqında məlumat təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image