image-reklam-veteninfo
image-1backend

İran ABŞ-la danışıqlar zamanı müvəqqəti nüvə sazişi təklif edəcək- Axios

image-reklam-veteninfo
İran aprelin 12-də Omanda Birləşmiş Ştatlarla danışıqlar zamanı Vaşinqtona təklif etmək istəyir ki, hərtərəfli saziş üzrə danışıqlardan əvvəl müvəqqəti nüvə sazişi üzərində işləmək lazımdır. Vətəninfo.az xəbər verir ki , bu barədə avropalı diplomata və məsələdən xəbərdar olan digər mənbəyə istinadən “Axios” xəbər platforması məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp İrana yeni nüvə sazişi üzrə danışıqlar aparmaq üçün iki ay müddət verib və uğursuzluq halında hərbi güc tətbiq edəcəyi ilə hədələyib.

Axios-un mənbələrinə görə, iranlılar iki ay ərzində belə mürəkkəb sazişin bağlanmasının real olmadığını düşünür və eskalasiyanın qarşısını almaq üçün daha çox vaxt qazanmaq istəyirlər.

Mənbələrə görə, ABŞ və İran arasında ilkin razılaşma Tehranın uranın zənginləşdirilməsi ilə bağlı bəzi işləri dayandırmasını, 60% zənginləşdirilmiş uranı seyreltməsini və BMT müfəttişlərinə ölkənin nüvə obyektlərinə daha geniş giriş imkanı verməsini əhatə edə bilər.

Bundan əlavə, müvəqqəti razılaşma 2015-ci il nüvə sazişinin bir hissəsi olan “snapback” mexanizminin uzadılmasını da əhatə edə bilər. Bu mexanizm sazişin pozulması halında BMT Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Oktyabr ayında başa çatır.

Axios-un mənbələri ehtimal edir ki, müvəqqəti razılaşma İrandan Trampın İran iqtisadiyyatına “maksimum təzyiq” kampaniyasını dayandırması tələbini də əhatə edəcək.

Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani bəyan etmişdi ki, ABŞ və İsrail Tehranı hərbi güclə hədələməyə davam edərsə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıracaq və bütün agentlik müfəttişlərini ölkədən çıxaracaq.

Aprelin 12-də Omanda İran və ABŞ arasında keçiriləcək danışıqlarda İran nümayəndə heyətinə bu ölkənin xarici işlər naziri Abbas Əraqçi, Amerika komandasına isə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uittok başçılıq edəcək.

İran tərəfi danışıqların dolayısı ilə aparılacağını açıqlayıb, Vaşinqton isə birbaşa danışıqların aparılmasında təkid edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki