image-reklam-veteninfo
image-1backend

İran dünyanın ən isti nöqtəsinə çevrildi: Temperatur 51 dərəcəyə çatdı 

image-reklam-veteninfo

Bu gün Xuzistan əyalətinin Omidiyyə şəhəri 51°C temperaturla son 24 saat ərzində planetin ən isti yeri olub.

Vətəninfo.az xəbər verir ki, dünyanın ən isti 15 bölgəsi arasında İranın daha üç şəhəri – Abadan, Əhvaz və Dezful da yer alıb. Bu, ölkənin cənub-qərb bölgələrinin ekstremal istilərə məruz qaldığını göstərir.

Uzunmüddətli isti hava şəraiti əhalinin sağlamlığı, su və elektrik enerjisi təchizatı, eləcə də gündəlik fəaliyyətlər üçün ciddi risk yaradır. Rəsmilər sakinlərə günün ən isti saatlarında açıq havada olmamaq və lazımsız fiziki fəaliyyətdən çəkinmək tövsiyə edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki