Bloomberg xəbər verir ki, İran əfqan qaçqınları İsrailin xeyrinə casusluq etməkdə və 12 günlük müharibə zamanı İsrail Müdafiə Qüvvələrinə yardım göstərməkdə ittiham edərək kütləvi şəkildə ölkədən çıxarır.
Bu addım İranda yaşayan milyonlarla əfqan qaçqın arasında narahatlığın artmasına səbəb olub. İranın dövlət mediası və SEPAH-a yaxın mənbələr bir neçə əfqanın casusluq, eləcə də pilotsuz təyyarələr və partlayıcı qurğularla bağlı təlimatlar saxlamaq ittihamı ilə həbs olunduğunu bildirir.