image-reklam-veteninfo
image-1backend

“İran narkotik qaçaqmalçılığını davam etdirir” – Elxan Şahinoğlu

image-reklam-veteninfo

İrandan Azərbaycana narkotik vasitələrin uçuş aparatı vasitəsilə keçirilməsinin qarşısının alınması bir daha göstərir ki, İran yenə çirkin əməllərini davam etdirir. – bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun  sözlərinə görə, İrandan hər həftə dronlar vasitəsilə narkotik maddələrin Azərbaycana keçirməyə çalışılması ciddi narahatlıq doğurur.
“Son hadisə ilə əlaqədar, Azərbaycan sərhədçiləri İrandan gələn narkotik maddələrin ümumi çəkisinin 33 kiloqram olduğunu açıqlayıb. Bu, yalnız bir nümunədir və İrandan narkotik keçirməyə çalışanların sayı artır. İranda narkotik maddə istehsalı və daşınması ilə məşğul olan şəxslərə qarşı ölüm hökmü olsa da, bu, hələ də həmin fəaliyyəti dayandırmağa yetərli olmur.”- deyə politoloq əlavə edib.
“İranda narkotik ticarəti ilə məşğul olanlar üçün ölüm hökmü olsa da, bu hökm onları qorxutmur. Görünür, narkotik ticarəti ilə məşğul olanların əhatə dairəsi çox genişdir”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Eyni zamanda, politoloq əlavə edib ki, başqa bir sual da var: “İranda narkotik daşımaçılığı ilə məşğul olanlar bu qədər dronu necə əldə edirlər? Dronların kustar üsulla hazırlanması bu qədərmi asandır? Yoxsa narkokuryerlər dövlətin istehsal etdiyi dronlardan istifadə edirlər?”

Elxan Şahinoğlu, bu sualların cavablarının İranın sərhədlərinə nəzarət edən generallara və məmurlara ünvanlanması lazım olduğunu bildirib.

Onun sözlərinə görə, bu məsələ yalnız regional təhlükəsizlik baxımından deyil, həm də beynəlxalq miqyasda ciddi şəkildə izlənilməli və qarşısı alınmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki