İran Milli Neft Şirkətinin rəsmisi Əmir Moqəyyese növbəti 30-40 ildə neft dövrünün sona çatacağı ilə bağlı xəbərdarlıq edərək, struktur islahatları aparılmadan və ictimai inam bərpa olunmadan ölkənin enerji ehtiyatlarının əksəriyyətinin yer altında qalacağını vurğulayıb.
Vətəninfo.az xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, 2005-2010-cu illər arasında ölkədən 170 milyard dollardan çox vəsait çıxıb və təkcə 2013-cü ilin birinci yarısında təxminən 12 milyard dollar kapital axını olub.
Ölkənin likvidliyi 11 trilyon tüməndən çox olsa da, bu resurslar məhsuldar investisiyalara yönəldilmir.
Beynəlxalq qiymətləndirmələrə görə, neft dövrü ən çoxu üç-dörd onillik ərzində başa çatacaq.
Bu o deməkdir ki, mövcud tendensiya davam edərsə, yataqlardakı neftin təxminən 70 faizi və qazın 80 faizi heç vaxt hasil olunmayacaq və yerin altında qalacaq.


























