İran prezidentinin köməkçisi, Strateji Enerji İdarəetmə Təşkilatının rəhbəri İsmayıl Səqqab Esfahaninin 34 yaşlı həyat yoldaşı Fatimə Heydəri Gərmsar-Tehran magistralında, Eyvanək şəhərinin girişində baş verən yol qəzasında dünyasını dəyişib.
Vətəninfo.az xəbər verir ki, qəzada üç uşaq yaralanıb və qısa müddətdə Gərmsar xəstəxanasına aparılıb, oradan da ilkin tibbi yardım göstərildikdən sonra Tehrana göndərilib.
Avtomobilin sürücüsü, məmurun yaralı qaynatası da xəsarət xəstəxanaya yerləşdirilib.

























