image-111backend

İran rejimi hər 14 saatda bir nəfəri edam edir

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, İran hökumətinin bu il qışın başlanğıcından bəri həyata keçirdiyi edamların nisbəti əvvəlki 15 ilin orta göstəricisi ilə müqayisədə 24% artıb və 2023-cü ildə edamların sayı hər 14 saatda bir edama çatıb.
Martın 13-də İranın ümumi statistik məlumatlarına əsasən, İslam Respublikasında 2008-2022-ci illər arasında edamların orta sayı hər 17 saatda 1 edam olub, 2023-cü ildə isə edamların sayı hər 14 saatda 1 edama yüksəlib.
Məlumata görə, cari ilin ilk 65 günü ərzində İranda 113 nəfər edam edilib ki, bu da ötən 8 il ərzində ən yüksək göstəricidir.
Ən yüksək göstəricilər Tehran, Əlborz, Qərbi Azərbaycan əyalətləri, Xorasane-Rəzəvi və Sistan və Bəluçestandadır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki