image-reklam-veteninfo
image-1backend

İran rəsmisi: “Urmu gölü qurumadı, quruduldu” 

image-reklam-veteninfo

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri Urmu gölünün mövcud vəziyyətini fəlakətli adlandıraraq, gölün təbii yolla deyil, dövlət siyasətinin nəticəsi olaraq qurudulduğunu bildirib.

Kəlantəriyə görə, hazırda göldə cəmi 100 milyon kubmetr duzlu su qalıb və bu da təxminən 200 kvadrat kilometrlik sahədə yarım metrdən az dərinlik deməkdir.

“Urmu gölü qurumadı – quruduldu. Bu siyasətlə gölün gələcəyi yoxdur. Gölün bərpası mümkünsüz görünür. Urmu gölü tamamilə məhv olacaq”,– deyə Kəlantəri bildirib.

O, ölkə rəhbərliyini və məsul şəxsləri də sərt şəkildə tənqid edib. Keçmiş rəsminin sözlərinə görə, prezident Məsud Pezeşkian gölün taleyini bacarıqsız şəxslərə — birinci vitse-prezident Məhəmməd Rza Arif və Qərbi Azərbaycan əyalətinin başçısı Rza Rəhmaniyə həvalə edib. “Arif məsələ ilə maraqlanmır, Rəhmani isə tamamilə başqa məqsədlər güdür. Urmu gölü faktiki olaraq tərk edilib,” – deyə, keçmiş rəsmi bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki