image-reklam-veteninfo
image-1backend

İran Rusiya ilə 4 mlrd. dollarlıq müqavilə imzalayır

image-reklam-veteninfo

İran yeddi neft yatağının işlənilməsi üçün Rusiya şirkətləri ilə 4 milyard dollarlıq müqavilə imzalayacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Moskvada səfərdə olan İranın neft naziri Möhsün Paknejad bildirib.

“İran yeddi neft yatağının işlənməsi üçün Rusiya şirkətləri ilə ümumi dəyəri 4 milyard dollar olan 4 müqaviləni yekunlaşdırıb”, – nazir qeyd edib.

Paknejad onu da bildirib ki, ilkin mərhələdə Rusiyadan təbii qaz idxalı, ardınca qaz mübadiləsi və digər ölkələrə tranzitlə bağlı müzakirələr gedir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki