Vətəninfo.az “Tasnim News”-ə istinadən xəbər verir ki, İran və Avropa ölkələri arasında növbəti diplomatik görüş sabah səhər İstanbulda baş tutacaq. Bildirilib ki, İran, Britaniya, Almaniya və Fransa nümayəndələri arasında danışıqlar bu gün İranın İstanbuldakı Baş Konsulluğunun binasında keçiriləcək.
Danışıqlar xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılacaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü görüşü təsdiqləyərək, əsas müzakirə mövzusunun nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı olduğunu bildirib.
İran tərəfi danışıqlarda öz mövqeyini açıq şəkildə ortaya qoyacağını vurğulayıb. Xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə bildirib ki, əsas məqsəd bu çətin vəziyyətdə ümumi bir çıxış yolu tapmaq üçün qarşılıqlı səyləri bir araya gətirməkdir.