Vətəninfo.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi dünən BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində deyib ki, “Tehran mümkün qədər tezliklə ABŞ ilə nüvə danışıqlarına qayıtmağa hazırdır”.
O, eyni zamanda qeyd edib ki, bu danışıqlar yeni hərbi əməliyyatlara bəraət qazandırmaq üçün vasitəyə çevrilməməlidir.
Qəribabadi, cümə günü İstanbulda İran və Avropa üçlüyü (Fransa, Almaniya, Britaniya) arasında keçirilməsi planlaşdırılan görüş barədə danışaraq bildirib ki, bu müzakirələr vacib olsa da, həlledici deyil.
O, Avropa ölkələrinin “tətik mexanizmi”ni işə salmaq ehtimalına da reaksiya verib və xəbərdarlıq edib ki, “bu addım İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasına səbəb ola bilər.