Vətəninfo.az xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, Tehran və Vaşinqton arasında danışıqlar prosesinin başladığı ilə bağlı yayılan xəbərləri təkzib edib. Bəqayi, İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançinin Omana səfəri zamanı Amerika tərəfindən heç bir mesajın çatdırılmadığını açıqlayıb. O, bildirib ki, müxtəlif vasitəçilərin səyləri və danışıqları bərpa etməyə çalışmaları adi və normal bir prosesdir. “Bəli vasitəçilər arasında danışıqlar prosesi aparılır, ancaq bu, heç bir halda İran və ABŞ arasında danışıqlar prosesinin başlaması demək deyil”, – deyə, sözçü vurğulayıb.


























