Vətəninfo.az xəbər verir ki, İranın Xarici işlər nazirinin müavini Abbas Əraqçı dünən “X” hesabında paylaşım edərək, İsrailin Suriyaya qarşı son hava hücumlarına münasibət bildirib.
“Təəssüf ki, bu, tamamilə proqnozlaşdırıla bilən idi. Növbəti paytaxt haradadır?”, – deyə Əraqçı vurğulayıb. O, İsraili “vəhşi və cilovsuz” adlandıraraq, onun heç bir beynəlxalq sərhədə hörmət etmədiyini bildirib: “Sionist rejim” yalnız bir dildən anlayır. Bu ağılsız təcavüzə son qoymaq üçün dünya, o cümlədən bölgə ölkələri birləşməlidir”.
Əraqçı Suriyanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib: “İran daim Suriya xalqının yanında olacaq”.