image-reklam-veteninfo
image-1backend

İrana gizli yollarla texnika göndərmək istədi –  ABŞ-də həbs cəzası aldı 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ Ədliyyə Departamenti İran qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda təqsirli bilinən Livan vətəndaşı Brahim (Brayan) Asiyə 44 ay həbs cəzası verildiyini açıqlayıb.

Məlumata görə, 63 yaşlı Asi “İrana qanunsuz mal ixracı, çirkli pulların yuyulması və sanksiyalardan yayınmaq məqsədilə ABŞ qanunları pozmağa cəhd” ittihamları ilə məsuliyyətə cəlb olunub.

Məhkəmədə təqdim olunan sübutlara əsasən, Asi ABŞ-dəkı şirkəti vasitəsilə ağır avadanlıq istehsal edən beynəlxalq şirkətin Yaxın Şərq nümayəndəsi kimi fəaliyyət göstərib. O, Tehrandakı SAP-İran şirkəti ilə əlbir olaraq, lisenziyasız şəkildə İrana texniki avadanlıq göndərməyə cəhd edib.

Qeyd edilib ki, o, alıcı ölkə kimi İraq və Türkiyəni göstərərək, son məqsəd olan İran şirkətini gizlətməyə çalışıb. Bu məqsədlə təxminən 2,7 milyon dollar məbləğində maliyyə köçürməsi həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki