image-reklam-veteninfo
image-1backend

İranda 10-a yaxın  əfqan qaçqın aclıq və susuzluqdan ölüb 

image-reklam-veteninfo

İranda deportasiya düşərgəsində saxlanılan əfqan qaçqın Məhəmməd Baqir Rzayi dünyasını dəyişib.Vətəninfo.az  BBC-ə istinadla yaydığı məlumata görə, 60 yaşlı Rzayi İranda mövcud olan qeyri-insani şərait səbəbilə həyatını itirib.

Bildirilib ki, o, İran-Əfqanıstan sərhədində yerləşən Zabul deportasiya düşərgəsində aclıq, susuzluq və istiyə dözməyərək dünyasını dəyişən səkkiz əfqandan biridir. Ailəsinə yaxın şəxslər onun Kerman şəhərində yaşadığını, lakin qeydiyyat sənədləri yenilənmədiyindən Əfqanıstana geri dönmək qərarı verdiyini bildiriblər.

Yaxınlarının sözlərinə görə, Rzayi Kerman deportasiya düşərgəsinə getmək istəmirdi, çünki orada şəraitin daha ağır olduğu və agentlərin təzyiq göstərdiyi bildirilir. Onun bədənində döyülmə izlərinin aşkarlandığı qeyd olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki