image-reklam-veteninfo
image-1backend

İranda Cənubi Koreya vətəndaşları saxlanılıb

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, bu gün Cənubi Koreya Xarici İşlər Nazirliyi bir neçə vətəndaşının İranda “qaçaqmalçılıq” ittihamı ilə həbs edildiyini təsdiqləyib. Nazirlik yaydığı bəyanatda, məsələ ilə bağlı İranın aidiyyəti qurumları ilə danışıqların davam etdiyini bildirib.

Məlumata görə, saxlanılanlardan ikisi Cənubi Koreyanın dövlət qurumunun əməkdaşlarıdır. Həbs edilən şəxslər, İranın cənub-qərbindəki Buşehr əyalətində qaçaqmalçılıq fəaliyyəti ilə əlaqəli olaraq tutulublar. Onlar tibbi və əczaçılıq məhsullarını qaçaqmalçılığı ilə məşğul olublar.

Cənubi Koreya hökuməti, həbs edilən şəxslərə lazımi konsulluq xidmətlərini göstərmək üçün Tehrandakı diplomatik nümayəndəliyi ilə əlaqə saxlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki