Vətəninfo.az xəbər verir ki, dünən İranlı məşhur aktrisa Qəzalə Əkrəmi sosial şəbəkədə paylaşdığı mesajlarla izləyicilərini narahat edib. Gənc sənətçi evli kinoprodüserin ona hücum etməyə çalışdığını bildirib və həmin şəxsin ofisindən qaçdığını yazıb.
Əkrəmi daha sonra “Instagram” hesabında psixoloji problem yaşadığından və ümidsiz olduğundan bəhs edib, yaralı əlinin şəklini paylaşaraq intihara cəhd etdiyinə toxunub. Bu paylaşımlar sosial mediada geniş rezonans doğurub və istifadəçilər aktrisanın dediklərinin şəffaf araşdırılmasını istəyiblər.
Bu səhər yayılan məlumatlara görə, 27 yaşlı aktrisanın vəziyyəti stabildir və o, ailəsi ilə birlikdədir.
Qeyd olunub ki, 2016-cı ildən fəaliyyət göstərən gənc aktrisa bir necə serialda iştirak etdikdən sonra şöhrət qazanıb.


























