image-reklam-veteninfo
image-1backend

İranda iki yəhudi İsrailə casusluqda ittiham olunaraq həbs edilib

image-reklam-veteninfo

Vətəninfo.az İsrailin “Kanal 12” telekanalına istinadən  xəbər verir ki, İranda 12 günlük müharibə zamanı Təl-Əvivə casusluqda şübhəli bilinən iki yəhudi  ABŞ vətəndaşı saxlanılıb.

Bildirilir ki, tutulan şəxslərdən biri Los-Ancelesdə yaşayan iranlı yəhudi olub və bir neçə gün öncə zaminə buraxılıb. Digəri isə təxminən 30 il əvvəl İranı tərk edərək Nyu-Yorka köçmüş şəxsdir və hələ də İran həbsxanasındadır. Hər iki şəxs İrana qohumlarını ziyarət etmək məqsədilə səfər edib.

İsrail mediası bildirib ki, ümumilikdə 12 günlük müharibədən sonra İran hakimiyyəti İsrailə casusluq ittihamı ilə 35 yəhudini saxlayıb. Onlardan 11-i son günlərdə azad edilib. Hazırda 5 nəfərin hələ də həbsdə olduğu qeyd edilir.

Mənbələrdən birinə istinadən, saxlanılan iki amerikalının “yalnış zamanda və yalnış yerdə” İrana daxil olduqları deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki