image-335960662_735031701362798_2432680812353190209_nbackend

İranda məşhur jurnalistə həbs cəzası verildi

image-reklam_sirab_01

İran məhkəməsi jurnalist Ruhullah Nəxəi barədə 2 il 7 ay azadlıqdan məhrum etmə qərarı çıxarıb. Vətəninfo.az xəbər verir ki, bu barədə jurnalistin vəkili Səid Xəlili məlumat yayıb.

Xarici və beynəlxalq siyasi məsələlər üzrə iranlı jurnalist Ruhullah Nəxəi 22 sentyabr 2022-ci ildə etiraz aksiyaları barədə məlumat yaydığına görə həbs edilib.

Qeyd edək ki, İran Jurnalistlər Birliyi bir müddət öncə yaydığı bəyanatda son 5 ay ərzində ölkədə 100-ə yaxın jurnalistin həbs edildiyini bildirib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, onlarla jurnalist hələ də həbsdə saxlanılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki