Vətəninfo.az xəbər verir ki, İranda su çatışmazlığı kritik həddə çatıb. Yerli medianın məlumatına görə, ölkə, xüsusilə də cənub əyalətləri son onilliklərin ən ciddi su böhranı ilə üzləşib. Çatışmazlığın əsas səbəbləri kimi yanlış idarəetmə, yeraltı suların həddindən artıq istifadəsi və iqlim dəyişikliyi göstərilir.
Bildirilib ki, İran hazırda ilin ən isti həftəsini yaşayır; bəzi bölgələrdə temperatur 50°C-ni keçir. Tehran Şəhər Şurası və Su Təchizatı Şirkəti vətəndaşları su istehlakını 20% azaltmağa çağırıb.
Prezident Məsud Pezeşkian problemə regional həll yolları ilə yanaşmalı olduğunu deyib.
Tehranın əsas su mənbələri də təhlükəli səviyyəyə enib:
• Əmirkəbir bəndi – 38% (58% azalma);
• Lar bəndi – 7% (34% azalma);
• Letian və Mamlu – 20% (47% azalma).
Paytaxtın bəzi ərazilərində su fasilələri 18 saata qədər uzanıb. Digər əyalətlərə də oxşar xəbərdarlıqlar edilib.