Vətəninfo.az xəbər verir ki, bu gün Simnan əyalətinin Əmiriyə bölgəsində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.
Bildirilib ki, 04:46 radələrində meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb. Hələlik zəlzələ nəticəsində hər hansı xəsarət və ya dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, iyulun 15-də də sözügedən bölgədə 4,7 bal gücündə zəlzələ olub.