Vətəninfo.az xəbər verir ki, bu gün səhər saatlarında İranın Hörmüzqan əyalətinin Fin şəhərində Rixter cədvəli ilə 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar saat 04:11-də meydana gəlib və ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ nəticəsində dağıntıların və ya insan tələfatının olub-olmadığı barədə məlumat yoxdur.

























