image-335486572_221138023821847_3670896424920698542_nbackend

İranın Azərbaycana qarşı təxribatına ABŞ-dan reaksiya

image-reklam_sirab_01
ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı təxribatlarına münasibət bildirib.
Vətəninfo.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi brifinqdə danışıb.
“Azərbaycan və İran arasında vəziyyətə gəlincə, əlbəttə, İran bölgədə zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur. Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, daha öncə fərqli kontekstdə də bildirdiyim kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”, – Ned Prays vurğulayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki