“Fəhlələrin əməkhaqlarının artırılması mümkün deyil” -Vətəninfo.az xəbər verir ki, bu fikirləri İranın kooperasiya, əmək və sosial rifah naziri Sulət Murtəzəvi deyib.
“Biz inflyasiyanın artacacağı və ya azalacağı təqdirdə Ali Əmək Şurasının qərarına yenidən baxacağımıza söz verməmişik. Ali Əmək Şurasının iclasında qərara alınıb ki, hökumət dövlət qulluqçularının maaşlarının artırılması ilə bağlı qərar qəbul edərsə, fəhlələrin də maaşlarına yenidən baxılmalıdır”.- deyə nazir bildirib.
Xatırladaq ki, bu ilin əvvəlindən fəhlələr və təqaüdçülər məişət şəraitlərinin dözülməz, maaşlarının isə yetərsiz olmasına etiraz olaraq dəfələrlə etiraz aksiyaları və tətillər keçiriblər.