Vətəninfo.az xəbər verir ki, İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətib “casusluq” və “dövlət quruluşuna qarşı təbliğat” ittihamı ilə saxlanılan şəxslərin sərt şəkildə cəzalandırılacağını bildirib. Nazir qeyd edib ki, artıq edam olunan şəxslər kimi, digərləri də “qanun qarşısında layiqli cəzalarını alacaqlar”.
“Məhkəmə prosesləri davam edir, digərləri də məhkəmənin qərarı əsasında cəzalandırılacaqlar”, – deyə, Xətib bildirib.
Qeyd olunub ki, İran rəsmilərinin bu sərt mövqeyi, xüsusilə İsraillə artan gərginlik fonunda daha da diqqət çəkir. Son aylarda yüzlərlə şəxs casusluq və digər siyasi ittihamlarla saxlanılıb. Hüquq müdafiəçiləri isə saxlanılanların taleyindən dərin narahatlıq ifadə edir.