Dünən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş sədri Heşmətullah Fəlahətpişe parlament nümayəndələrinin fikirlərini sərt şəkildə tənqid edib.
Vətəninfo.az xəbər verir ki, Fəlahətpişe özünün “X” hesabında etdiyi paylaşımda, millət vəkillərinin savadsız olduğunu bildirib və onların “Netanyahu ilə birlikdə 7 oktyabr hücumunu sonsuz müharibə üçün bəhanəyə çevirdiklərini” qeyd edib. “12 günlük qeyri-bərabər müharibə kifayət deyildimi? Millət üçün başqa hansı tələni qurmusunuz?”, – deyə, Fəlahətpişe vurğulayıb.
İran parlamentinin sədrinin müşaviri Mehdi Məhəmmədi də dünən İsrailin Livana son hücumunu pisləyib və öz tvitində qeyd edib ki, “sanki oktyabrın 7-dən sonrakı günə qayıdırıq”.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS Qəzza zolağından İsrailə qarşı geniş hərbi əməliyyatlara başlamışdı.


























