image-reklam-veteninfo
image-1backend

İranın təhsil nazirindən Azərbayacana qarşı təxribat: Həmin qızları… 

image-reklam-veteninfo

İranın təhsil naziri Simayi Sərraf Azərbaycan qızlarının ölkəsinin universitetlərində təhsil ala biləcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, nazir sosial media hesabında İran universitetlərinin qapılarının Azərbaycan qızlarının üzünə açıq olduğunu yazıb.

O, geyimlərinə görə təhsil almaqla bağlı seçim qarşısında qaldıqlarını iddia etdiyi azərbaycanlı qızlara müraciət edərək İran universitetlərinin onlar üçün “əlverişli təhsil mühiti” yarada biləcəyini qeyd edib.

Simayi Sərraf həmçinin Məhəmməd peyğəmbərin dini geyimlərinə sadiq olan qızların təhsil hüquqlarından istifadə etmək üçün hicablarından imtina etməyə məcbur edilməməli olduğunu iddia edib.

Nazirin açıqlaması İran mediasında, o cümlədən “Fars News”da yayımlanıb.

İranın qadın hüquqları ilə bağlı siyasəti sual doğurur

İranın təhsil nazirinin Azərbaycan qızlarına universitetlərdə təhsil almağı təklif etməsi ölkədə qadınların geyim seçimi ilə bağlı mövcud məhdudiyyətlər fonunda diqqət çəkir.

İranda hicab qaydalarına qarşı çıxan qadınların təzyiq, həbs, təhsil və iş imkanlarının məhdudlaşdırılması, zorakılıq və digər təhdidlərlə üzləşməsi ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Etirazlara qoşulan bəzi tələbələr də universitetlərdən uzaqlaşdırılıb.

Bu baxımdan İran rəsmilərinin Azərbaycanın təhsil siyasətini tənqid etməsi və azərbaycanlı qızlara “azad təhsil” təklif etməsi suallar doğurur.

Qadın hüquqları və təhsil imkanlarının siyasi təbliğat vasitəsinə çevrilməsi ilə bağlı yanaşmalar da müzakirə mövzusudur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki