Vətəninfo.az xəbər verir ki, İranın dövlət televiziyası IRIB News-un tanınmış xəbər aparıcısı Səhər Emami “X” sosial şəbəkəsində etdiyi paylaşım ilə gündəmə gəlib. O, İran bayrağı fonunda nüvə partlayışını əks etdirən bir şəkil paylaşaraq, yalnız “Tezliklə…” sözünü yazıb. Bu qısa, lakin simvolik paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu İranın mümkün nüvə mesajı kimi qiymətləndirib, digərləri isə siyasi və ya simvolik bir jest kimi şərh ediblər. Qeyd edək ki, Səhər Emami ötən ay İsrailin İran dövlət televiziyasına raket hücumu zamanı yaralanmışdı.