Vətəninfo.az xəbər verir ki, tanınmış iranlı iqtisadçı və siyasi analitik Səid Leylaz “Eghtesad Online” saytına müsahibəsində İranın İsrailin hücumuna qarşı hazırlıqsız olduğunu bildirib və ölkənin təhlükəsizlik sistemindəki ciddi çatışmazlıqları tənqid edib.
Leylaz deyib ki, İran nə hərbi, nə də təhlükəsizlik baxımından bu hücuma hazır deyildi. Hücumun ilk mərhələsində ölkənin hava hücumundan müdafiə sistemləri sıradan çıxıb, raket buraxılış qurğularının əksəriyyəti eyni anda məhv edilib. “Bu, bir ölkənin təhlükəsizlik strukturunun necə zəif vəziyyətdə olduğunu açıq şəkildə göstərdi”,– deyə o bildirib.
Analitik daha da sərt irad səsləndirərək qeyd edib: “Dünyada ilk atəş açılmamış 95% generallarını itirən başqa bir ordu tanıyırsınız?” O, bu vəziyyəti İranın hərb və təhlükəsizlik tarixində görünməmiş zərbə adlandırıb.
Siyasi və strateji çıxış yolu kimi o, hakimiyyətə xalqla danışıqlar aparmağı, daxili dialoqa başlamağı tövsiyə edib.