image-reklam-veteninfo
image-1backend

İranlı ekspertdən sərt çağırış: “Türkiyəyə zərbə vurmalıyıq”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İranlı televiziya eksperti və Tehran Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının professoru Mehdi Xanəlizadə Türkiyəyə qarşı sərt mövqe nümayiş etdirib. O, İranın Suriyada Türkiyəyə zərbə vurmalı və bölgədə qeyri-sabitlik yaratmalı olduğunu bildirib.

Ekspert vurğulayıb ki, Türkiyə Suriyada qalib gəlib və bölgədə nüfuzunu artırıb, buna görə də “İranı Türkiyəyə zərbə vurmağa çağırıb”. Xanəlizadə əlavə edib ki, qonşu ölkələrdə Türkiyənin maraqlarına zərər vermək İranın strateji məqsədi olmalıdır.

Onun fikrincə, Suriyada sabitliyin olmaması İran üçün üstünlükdür və bu sabitliyin pozulmaması vacibdir.

Xanəlizadə, Suriya prezidenti Əhməd əl-Şəranı da tənqid edib və onu “qeyri-demokratik” şəxs adlandırıb. O, iddia edir ki, Suriyada demokratik hökumət qurularsa, bu, İranın maraqlarına zidd olan müqavimətə qoşulmaq deməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki