Vətəninfo.az xəbər verir ki, İran dövlət mollası Əhməd Müctəhad Tehrani türklərlə bağlı açıqlamalarına görə qalmaqalın mərkəzində qalıb. O, çıxışı zamanı dedi: “Cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəb dilidir”.
Sonra əlavə etdi:
“Bir hədisimiz var: cəhənnəm sakinlərinin dili türkcədir. Yəni hansı milləti cəhənnəmə göndərsələr də, orada hamı yenə də türkcə danışır”.
Fars dilində harda danışıldığı haqda molla məlumat verməyib.