image-64101b6619e48backend

İraqda, ölkənin ən uzun körpüsü olan Dakuk çökdü

image-reklam_sirab_01

İraqda  güçlü yağışın səbəb olduğu sel nəticəsində Kərkük-Bağdad avtomobil yolunu birləşdirən Dakuk körpüsünün bir hissəsinin çöküb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Kərkük Yol və Körpü Şöbə Müdiri Kasım Həmzə bildirib. Həmzə, sözügedən marşrutda çoxlu körpü olsa da, Dakuk rayonunda yerləşən və bir kilometr uzunluğu ilə ölkənin ən uzun körpüsü olan Dakuk körpüsü bölgə nəqliyyatı baxımından önəmli əhəmiyyət daşıyır deyib. İkitərəfli körpünün 23 ayaq üzərində salındığını ifadə edən Həmzə, son iki gündür davam edən leysan yağışlar nəticəsində su səviyyəsinin qalxdığını və nəticədə 5 ayağının dağıldığını, körpünün bir hissəsinin çökdüyünü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki