image-reklam-veteninfo
image-1backend

İraqın baş naziri: “ 12 günlük müharibə zamanı onlarla hücum cəhdinin qarşısı alınıb” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Associated Press-ə müsahibəsində bildirib ki, iyun ayında İrana qarşı hava hücumlarından sonra İraqdakı bəzi yaraqlılar İsrail və ABŞ-nin bu ölkədəki hərbi bazalarına raket və pilotsuz təyyarələrlə hücum etməyə cəhd göstərib.

Əl-Sudani açıqlamasında qeyd edib ki, bu cəhdlərin 29-u İraq təhlükəsizlik qüvvələri tərəfindən vaxtında aşkarlanaraq dayandırılıb. Baş nazir hücumların arxasında İraqdakı İrana bağlı silahlı qrupların dayandığını vurğulayıb.

O əlavə edib ki, Bağdad rəsmi olaraq heç bir tərəfə İraq ərazisindən hücum üçün bəhanə verməməyə xüsusi diqqət yetirib və bölgədə gərginliyin artmasının qarşısını almağa çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki