Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında baş tutan görüşü, Azərbaycanla-Ermənistan son günlər baş verən qarşılıqlı açıqlamalar fonunda ilk Bakı ilə İrəvan arasında bu səviyyədə ilk görüş hesab etmək olar.
Eyni zamanda o da bəllidir ki,aprelin 6-da yenidən Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulur.bu görüşdə Avropa Şurasının prezidenti Şarl Mişelin də iştirak edəcəyi gözlənilir.
Hesab etmək olar ki, ilkin olaraq 2020-ci ildə 44 günlük müharibənin və Ermənistanın qəbul etdiyi kaputuliyasiya aktından sonra, 9 noyabr üçtərəfli bəyanatının həyata keçirilməli olan müddiaları masada olacaq.
Ermənistan rəhbərliyi ən böyük dayağı olan Rusiyanın Ukraynada rəzil formada hər gün məğlubiyyət yaşamasından sonra,Burusseldə özünü necə aparacağı indidən maraq doğurur.
Erməni analtiklər və hakimiyyətə yaxın siyasi təhlilçilər indidən Paşinyana görüşöncəsi xəbərdarlıq etməyə başlayıblar. Onlar Paşinyanı bu görüşə getmədən öncə çox ciddi formada düşünməyə,müzakirə olunması ehtimal edilən məsələlərlə bağlı təkbaşına qərar verməməyə çağırıblar.
Erməni analtiklər hesab edirlər ki,Rusiya-Ukrayna danışıqlarının hazırkı vəziyyətinə əsasən, yaxın vaxtlarda atəşkəsin əldə olunacağı və nizamlanmanın siyasi-diplomatik mərhələsinin başlayacağı istisna edilmir. Erməni siyasiləri qorxudan amil ondan ibarətdir ki, Ukraynada atəşkəsin əldə olunması,Rusiyanın rəzil formada Ukrayna ərazilərindən qovulmasından sonra, Rusiyanın həm Qərbə, həm də Cənubi Qafqaza münasibəti dəyişəcək.Ermənistan cəbhədə məğlub olan ən böyük müttəfiqinin qəzəbinə tuş gəlməmək üçün,Avropa ilə münasibətlərdə ehtiyatlı davranmalıdır.
Erməni ekspertlərə görə,Ukraynada topların susdurulduğu andan, Avropa Azərbaycan-Ermənistan münasibətləri və bölgədə sülhün bərqarar olması,regional komunikasiyaların işə salınması üçün prosesləri sürətləndirməyə çalışacaq.
Çünki Cənubi Qafqaz ilk növbədə enerji dəhlizidir və bu dəhliz vasitəsilə Rusiyanın enerji mənbələrinə alternativ tapa bilər. Bu, Avropa üçün həyati əhəmiyyət kəsb edən məsələdir.Çünki yaxın gələcəkdə Rusiya qazının tədarükünün dayandırılması təhlükəsi yarana bilər. İndi Avropa üçün çox vacibdir ki, Azərbaycanla-Ermənistan arasında vəziyyətin gərginləşməsinə imkan verməsin. Bu enerji transferi prosesi üçün təhlükəyə çevrilə bilər.
Ermənistanda az da olsa müstəqilliyini saxlamış siyasi analtiklər isə hesab edirlər ki, İlham Əliyev-Nikol Paşinyan görüşünün təşkili,Avropanın özünü regional təhlükəsizliyin təminatçısı kimi təqdim etməyə çalışdığını göstərməyə yönəlib. Burusseldə 6 apreldə keçiriləcək görüş zamanı Avropa Şurasının prezidenti Şarl Mişelin dili ilə bu təklifin olunacağını ehtimal belə ermənilər edirlər.Onlara görə, müəyyən həll yollarının təklif ediləcəyi, məsələn, Azərbaycnın Xankəndi və digər bir neçə şəhərində yerləşdirilən rus sülhməramlı qüvvələrinə digər ölkələrin qoşunları ilə tamamlanacağı istisna edilmir: “Bu, Qərb üçün vacibdir, çünki o, “rusların əl-qolunu bağlayacaq”. Bütün bunlar Bakı və İrəvan üçün yeni imkanlar aça bilər. Amma İrəvan ağılla hərəkət etməlidir. Brüssel üçün Rusiyanın ənənəvi olaraq üstünlük təşkil etdiyi regionlarda mövqeyini zəiflətməsi də vacibdir”. Göründüyü kimi erməni ekspertlər bütün hallarda Avropa ilə münasibətlərdə Rusiyanı diqqətə alınmasını,Paşiniyanı bu səbəblə ciddi düşünməsini istəyirlər.Erməni ekspertlər hesab edirlər ki,bu kontekstdə İrəvan onun üçün ölümcül macəraya qapılmamaq üçün hər hansı bir addım atmazdan əvvəl çox ağır çəki götürməlidir: “Ukrayna cəhd etdi və indi Ukrayna dövlətçiliyinin olub-olmaması məsələsi gündəmdədir. İrəvan nəsə deməzdən, etməzdən əvvəl dərs almalıdır.Əks halda Ermənistan da Ukraynanın yaşadıqlrını təkrarlaya bilər”.
Vətəninfo.az
Analtik şöbə


























