İsrail İrana daha böyük güclə zərbələr endirəcək və İran rejiminin təhdidləri davam edərsə, ölkənin ali ruhani lideri Ayətullah Əli Xameneiyə hücum edə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats özünün X səhifəsində yazıb .
O, İsrailin baş naziri və Hərbi Hava Qüvvələri komandiri ilə birlikdə İranın paytaxtı Tehranda hərbi əməliyyatların aparıldığı İsrail hava bazasına gəlib. “Buradan Xamneyiyə açıq mesaj göndərirəm: İsraili təhdid etməyə davam etsəniz, bizim uzun qolumuz yenidən Tehrana daha böyük güclə çatacaq və bu dəfə şəxsən sizə çatacaq”, – Katz yazıb.