Vətəninfo.az xəbər verir ki, dünən İsrail qırıcıları İraqın hava məkanına daxil olaraq İranın sərhədinə yaxın ərazidə kəşfiyyat əməliyyatı həyata keçirib. Bununla bağlı, İsrail mediası xəbər verib.
Qırıcıların gecə saatlarında İran-İraq sərhədi yaxınlığında, eyni zamanda, İraqın Meysan əyaləti üzərində uçduğu vurğulanıb.
JFeed xəbər saytının məlumatına görə, əməliyyat zamanı İsrail qırıcılarının səsi eşidilib və çox güman ki, simulyasiya atəşi edilib. Sosial media istifadəçiləri tərəfindən Tehran üzərində aşağı hündürlükdə təhlükəsizlik məqsədi ilə uçan İran qırıcılarının görüntüləri də paylaşılıb.


























