İsrailin paytaxtının cənubunda yerləşən Bat Yam şəhərinin meri Tzvika Brot deyib ki, İran strukturları sosial media da daxil olmaqla israilliləri öz sıralarına cəlb etməyə çalışır.
Vətəninfo.az xəbər verir ki, o, sakinləri şübhəli, şəxslərlə əlaqə saxlayıb və ya onların əmrlərini yerinə yetiriblərsə, dərhal səlahiyyətlilərə məlumat verməyə çağırır.
“Birinin qapınızı döyməsini gözləməyin. Bunu özünüz deyin”, – Brot əlavə edib.
Sitat: “Söhbət onlarla insandan gedir. Bunlar qonşu və ya tanış ola bilər.
Hər hansı bir şübhəniz varsa, təhlükəsizlik xidmətləri ilə əlaqə saxlayın.
Biz bilirik ki, Bat Yam şəhərinin bəzi sakinləri hazırda belə təmaslar qururlar.”


























