image-reklam-veteninfo
image-1backend

İsrail və ABŞ-ın İrana hücumları Yaxın Şərqin təhlükəsizliyini təhdid edir- Əraqçi

image-reklam-veteninfo

İsrail və ABŞ-ın İrana qarşı təcavüzü bütün Yaxın Şərqin təhlükəsizliyi üçün görünməmiş təhlükəyə çevrilib. Vətəninfo.az xəbər verir ki , bunu İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşündə deyib.

İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, Əraqçi “BMT Nizamnaməsi və beynəlxalq hüququ, həmçinin nüvə silahının yayılmaması rejimini açıq şəkildə pozan sionist və Amerika rejimlərinin hərbi təcavüzünün bütün Qərbi Asiyanın təhlükəsizliyi və sabitliyinə misli görünməmiş təhlükəyə çevrildiyini vurğulayıb. 

Səudiyyə Ərəbistanının vəliəhdi ilə İranın xarici işlər naziri arasında danışıqlar iyulun 8-i axşam baş tutub.

İran Xarici İşlər Nazirliyi əlavə edib: “Bunun (təcavüz) qarşı çıxmış region ölkələrinin vahid və qətiyyətli mövqeyi sionist rejimin ekspansionizmi və müharibənin qızışdırılmasına kollektiv reaksiyanın zəruriliyinə dair konsensusa dəlalət edir”.

İsrail iyunun 13-də İrana zərbələr endirib, Tehran buna cavab olaraq İsraildəki hədəfləri vurub. Münaqişənin 9-cu günündə ABŞ İranın üç nüvə obyektinə zərbələr endirib, bundan sonra tərəflər atəşkəs elan ediblər. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki