Vətəninfo.az xəbər verir ki, İsrail və HƏMAS arasındakı qarşıdurmada dönüş nöqtəsi müşahidə olunur. İsrail və Amerika mənbələrinin məlumatına görə, tərəflər demək olar ki, 60 günlük atəşkəslə bağlı razılığa gəliblər. Bild yazır ki, İsrail artıq ABŞ-ın hazırladığı saziş layihəsi ilə razılaşıb. Qalan məsələyə HƏMAS qərar verəcək, yekun cavab sabah gözlənilir.
“The New York Times” qəzetinin yazdığına görə, müqavilə fələstinli məhbusların müqabilində 10 diri və 18 ölü israilli girovun mərhələli şəkildə verilməsini nəzərdə tutur. Proses iki ay çəkəcək və beş mərhələyə bölünəcək. Eyni zamanda, HƏMAS girovların ictimai təhvil vermə mərasimlərindən çəkinməyə söz verib.
“Bütün Yaxın Şərqin xeyrinə ümid edirəm ki, Həmas bu razılaşmanı qəbul edəcək, çünki o, yaxşılaşmayacaq, daha da pisləşəcək”, – ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb.
İsrail ordusu HƏMAS-ın əsirliyində 50 nəfərin qaldığını təxmin edir, onlardan 27-nin öldürüldüyü güman edilir.