image-reklam-veteninfo
image-1backend

İsraildən qalmaqallı qanun layihəsi: Fələstinli məhbuslar belə edam ediləcək

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İsraildə mübahisə doğuran bir qanun layihəsi qəbul oluna bilər. Keçən həftə İsrail parlamentində keçirilən səsvermədə ilk mərhələni keçən qanun layihəsi, fələstinli məhbusların öldürücü inyeksiya ilə edam edilməsini nəzərdə tutur.

İsrailin Kanal 12 televiziyasının yayımladığı reportaja görə, qanun layihəsinin əsas çərçivəsi İsrail Milli Təhlükəsizlik Şurası tərəfindən hazırlanıb. Əgər qanun qəbul edilərsə, fələstinli məhbuslar sadə səs çoxluğu ilə ölüm cəzasına məhkum edilə bilər. Bu halda, məhkumların qanuni apellyasiya hüququ olmayacaq və onların cəzaları yüngülləşdirilə, əfv oluna bilməyəcək.

Hesabata əsasən, İsrail Penitensiar Xidməti məhkum edilmiş fələstinli məhbusları 90 gün ərzində öldürücü inyeksiya ilə edam etməyi planlaşdırır. Bu qanun layihəsi, israilliləri “irqçilik motivləri ilə” öldürən fələstinli məhbuslara qarşı tətbiq ediləcək.

Qanun layihəsinin arxasında, İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir dayanır. Noyabrın 11-də İsrail parlamentində keçirilən ilk səsvermədə fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Səsvermədən sonra Ben-Gvir, sosial mediada “Otzma Yehudit” (Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Güc Partiyası) olaraq “tarix yazmağa doğru gedirik. Biz söz verdik və onu yerinə yetirdik. Terrorçular üçün ölüm cəzası qanunu ilk səsvermədə təsdiqləndi” paylaşımını edib.

Ben-Qvir əvvəllər dəfələrlə fələstinli məhbusların edamına icazə verən qanun layihəsinin qəbul edilməsini istəyib. Hazırda qanun layihəsinin tam qəbul edilməsi üçün İsrail parlamentində üç səs çoxluğu ilə təsdiqlənməsi lazımdır.

Yerli və beynəlxalq insan haqları təşkilatlarının verdiyi məlumata görə, İsrail bu günədək 10 mindən çox fələstinli, o cümlədən qadınlar və uşaqlar da daxil olmaqla, həbsxanalarda saxlayır. Bu məhbusların çoxu işgəncələrə, aclığa, pis rəftara və tibbi laqeydliyə məruz qalır, bəzi hallarda isə bu şərtlər bəzi məhbusların ölümünə səbəb olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki