image-reklam-veteninfo
image-1backend

İsrailin Baş Naziri əmri verdi: HƏMAS atəşkəsi pozdu  

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu, hərbçilərə Qəzza zolağına genişmiqyaslı hücuma başlamaq əmri verib. Netanyahu, təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin yekunlaşmasından sonra hərbi rəhbərliyə dərhal güclü zərbə endirməyi tapşırıb. Əlavə məlumat verilmir.

HƏMAS-ın hərbi qanadı isə, İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən girovun cənazəsinin təhvil verilməsini təxirə salacağını açıqlayıb. Bu, İsrail ilə HƏMAS arasında oktyabrın 10-da qüvvəyə minmiş atəşkəs razılaşmasının pozulması ilə əlaqəlidir.

Qeyd edək ki, həmin razılaşma çərçivəsində HƏMAS, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada saxlanılan 20 girovu azad edib. Fələstin Məhbusların İşləri İdarəsinin məlumatına görə, İsrail, razılaşmaya uyğun olaraq, Qəzzaya qayıdan 1718 məhbusu və ömürlük həbs cəzası alan 250 fələstinli məhbusu azad edib.

Gərginlik davam edir və hər iki tərəfdən yeni addımlar gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki