İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində yaralanan SEPAH polkovniki Cavad Narənci bu gün ölüb.
Məlumata görə, SEPAH Quru Qoşunlarının Üçüncü Həmzə Seyid əş-Şühəda diviziyasının komandiri olan Narənci 12 günlük müharibə zamanı İsraili Qərbi Azərbaycan əyalətindəki SEPAH mövqelərinə endirdiyi zərbələr nəticəsində ağır yaralanıb. Onun 29 gündür xəstəxanada müalicə aldığı bildirilib.